Vüsalə Əlizadədən keçmiş həyat yoldaşına cavab: “Bunu deməyə…” - Foto

25 Yanvar 2020 15:55 (UTC+04:00)

Aparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı aparıcı Azər Zahidin cavabını verib.

Teleqraf.com xəbər verir ki, Vüsalə Əlizadə İnstaqramda ad çəkmədən bu sözləri yazıb: “Allah bilir dəvəyə qanad vermir, əzizlərim! Sizin dəstəyinizi çox gördüm, sonsuz təşəkkürlərimi edirəm. Bunu deməyi özümə borc bilirəm”.

Buna səbəb Vüsalə Əlizadənin keçmiş həyat yoldaşı Azər Zahidin mətbuata açıqlamasında “Vüsalə adından iyrənirəm” deməsi olub.

Qeyd edək ki, Azər Zahid üçüncü dəfə ailə qurub. O, 2013-cü ildə Vüsalə Əlizadədən ayrılıb. Onların Dilək adlı qızları var.