Yazarlardan Zəlimxan Məmmədliyə dəstək - Foto

25 Yanvar 2020 23:12 (UTC+04:00)

"Borçalı Cəmiyyəti"nin "Elm və Urfan Məclisi"nin bu günkü mövzusu "Çağdaş Azərbaycan ədəbiyyatında millət və vətən" idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə 33-cü Xətai birinci seçki dairəsindən deputatlığa namizəd, "Borçalı Cəmiyyəti"nin sədri Zəlimxan Məmmədli yazıb.

"Qəzənfər Məsumoğlunun rəhbərliyi ilə maraqlı müzakirə getdi. Çıxış edən əksər qələm əhli Milli Məclisə seçkilərdə bizə uğur dilədilər. Bu dəstək qələbədən xəbər verir. Hər birinə təşəkkürümü bildirirəm", - Zəlimxan Məmmədli qeyd edib.