Türkiyədə zəlzələdə ölənlərin sayı 35-ə çatdı

26 Yanvar 2020 13:59 (UTC+04:00)

Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay məlumat yayıb.

Fuad Oktay dağıntılar altından daha 4 nəfərin meyitinin çıxarıldığını, ümumilikdə 45 nəfərin dağıntılar altından xilas edildiyini söyləyib.

O, axtarış-xilasetmə işləri davam etdirildiyini bildirib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib.