Sumqayıtda narkotacir tutuldu

27 Yanvar 2020 13:52 (UTC+04:00)

Sumqayıt şəhərində əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 450 qram marixuana aşkar edilərək götürülüb.