Bakıda yeniyetmə qardaşlar evləri qarət etdi

27 Yanvar 2020 15:35 (UTC+04:00)

Bakıda yeniyetmə qardaşlar evlərdən 21 min manatlıq oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Qazax rayon sakinləri olan 2 yeniyetmə qardaşın ətarfında Xətai rayon Polis İdarəsinin 35 və 37-ci polis şöbələrində araşdırma aparılıb.

Onların rayon ərazisindəki daha 3 evdən 6300 manat, 1500 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaları müəyyən edilib.