Paşinyan bu açıqlama ilə iki məqsəd güdür – Politoloq

28 Yanvar 2020 13:20 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın 7 rayonu Azərbaycana geri qaytarmağı müzakirə etdiyini açıqlamaqla iki məqsəd güdür.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, birinci məqsəd odur ki, N.Paşinyan guya sirrin üstünü açaraq daxili auditoriyaya bəyan edir ki, keçmiş hakimiyyət “Qarabağı satmağa hazırlaşırdı”.

E.Şahinoğlu qeyd edib ki, Ermənistanın baş naziri bu yolla erməni cəmiyyətinin gözündə əsas rəqibi olan Qarabağ klanının mövqelərini zəiflətməyə çalışır:

“Paşinyanın ikinci məqsədi isə erməni cəmiyyətinə göstərməkdir ki, o, Azərbaycan torpaqlarını boşaltmaq variantını qəbul etməsə də, masada istər-istəməz mərhələli həll planıdır”.