Nardaranda silahlı şəxsə qarşı - Əməliyyat

28 Yanvar 2020 14:42 (UTC+04:00)

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı oradan “Cometa-100” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb və 42-ci polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.