Azərbaycanın sabiq xarici işlər naziri vəfat etdi

29 Yanvar 2020 10:40 (UTC+04:00)

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımov İsveçrədə vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Mirbaba Babayev Feysbuk səhifəsində yazıb.

Sabiq nazirin 82 yaşında vəfat etdiyi bildirilir.

Tofiq Qasımov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə nazir postunu tutub.