Ermən əsgəri güllələndi – Azərbaycan ərazisində

29 Yanvar 2020 13:16 (UTC+04:00)

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki əsgəri ağır yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

2000-ci il təvəllüdlü Nver Armanoviç Avetisyanın güllə yarası aldığı bildirilib. Əsgərin anlaşılmaz vəziyyətdə yaralandığı bildirilib.

Yaralı əsgər hərbi xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.