ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirdi

30 Yanvar 2020 00:08 (UTC+04:00)

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları genişləndirib.

Teleqraf.com xəbər verir ki, sanksiyalar siyahısında səkkiz fiziki şəxs və Krıma dəmir yolu ilə sərnişin daşıyan “Grand Express Service” şirkətinin adı yer alıb.

Bununla yanaşı, Sevastopolun qubernatoru vəzifəsini icra edən Mixail Razvojayev, şəhər qanunverici məclisinin spikeri Vladimir Nemtsev və Sevastopolun senatoru Yekaterina Altabayevanın adı “qara siyahı”ya salınıb.