“Wizz air” Bakıya uçuşları davam etdirəcək

24 Sentyabr 2014 14:31 (UTC+04:00)

Macarıstanın “Wizz air” aviaşirkəti hökumətlərarası saziş əsasında Budapeştdən Bakıya uçuşları davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə “Azərbaycan Hava Yolları” QSC-nin sədr müavini Sabir İlyasov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfinin nümayəndə heyəti hökumətlərarası sazişi imzalamaq üçün Budapeştdə səfərdədir: "Onlar aviareysləri yerinə yetirməkdə davam edəcəklər. Aviareyslərin yerinə yetirilməsi üçün hökumətlərarası saziş yox idi və onlar müvəqqəti protokol əsasında uçurdular, indi isə bu, hökumətlərarası saziş çərçivəsində olacaq".