Bred Pitt uşaqlarını itirə bilər

24 Sentyabr 2014 14:36 (UTC+04:00)

Dünyanın ən məhşur cütlüyü uzun intizardan sonra bir necə həftə öncə evləndi. Ancelina Coli və Bred Pitt 6 uşaqdan sonra nigah masasına oturmaq üçün razılığa gəldilər.

ANS PRESS-in məlumatına görə, mətbuat uzun müddət cütlüyün gözlənilməz toyu, onların geyimi, toyun keçirildiyi yer haqqında yazdı.

Bu günlərdə isə onların nigah müqavilələri üzə çıxıb. Müqaviləyə görə dünyann ən gözəl kişilərindən biri olan B.Pitt evlilik müddətində çox ağıllı olmalıdır. Əks halda o həm var dövlətini, həm də uşaqlarını itirə bilər.

Belə ki, cütlüyün müqaviləsinin maddələləri kifayət qədər sərtdir. Məsələn, əgər Bred Pitt Ancelinaya xəyaət etmək haqqında düşünsə bu ona baha başa gələ bilər.

Burada böyük məbləğdə puldan söhbət gedir. Çünki aktyorun münasibətləri başlayana qədər qazandığı qacanc, bərabərlikdən sonra əldə etdiyi gəlir ayrı-ayrı xanalarda qeyd edilib.

Boşanma halında cütlüyün birlikdə qazandığı pul bərabər olaraq 8 yerə bölünəcək.
Cütlük artıq vəsiyyətini də tərtib edib. Belə ki, onların bütün var-dövləti uşaqlarına keçəcək. Coli və Pitt uşaq evləri, xeyriyyə fondlarını da unutmayıblar.

Xatırladaq ki, cütlüyün toyu avqustun 23-də olub. Onların yanında sadəcə ən yaxın insanları olub.