Haftardan kritik - Cenevrə açıqlaması

2 Fevral 2020 10:44 (UTC+04:00)

Liviya Milli Ordusunun Komandanı general Xəlifə Haftar atəşlə bağlı müzakirələr aparılması üçün Cenevrədə keçiriləcək 5+5 hərbi komitə toplantısına qatılacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, yanvarın 19-da Berlindəki Liviya konfransında Liviya Milli Razılıq Hökuməti ilə Haftar arasında BMT-nin vasitəçiliyilə davamlı atəşkəs məsələsinin müzakirəsi üçün 5 hərbi nümayəndənin görüşməsi barədə qərar verilmişdi.