Azərbaycanda idmançı zəhərlənərək öldü - Foto

3 Fevral 2020 00:15 (UTC+04:00)

Bakıda MMA döyüş növü üzrə idmançı dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, 22 yaşlı Arzuman Abbasov dəm qazından zəhərlənib. Zəhərlənmiş idmançının həyatını xilas etmək mümkün olmayıb.

TT Fight klubunun tələbəsi A.Abbasov MMA döyüş növü üzrə bir neçə dəfə ölkə, bir dəfə isə dünya çempionu titulunu qazanıb.