Suriyada 4 Türkiyə əsgəri şəhid oldu, 9-u yaralandı

3 Fevral 2020 10:00 (UTC+04:00)

Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələrin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Türkiyə hərbçiləri cavab atəşi açıb./Report/