Erməni əsgər özünü vurdu – Azərbaycan ərazisində

4 Fevral 2020 11:38 (UTC+04:00)

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi hissəsinin əsgəri yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.

Onun dediyinə görə, 2000-ci il təvəllüdlü Artur Dallakyan xidməti yerində özünə silahla ayağından vurub.

Ovannisyan qeyd edib ki, hazırda o, hadisə haqda başqa təfərrüatları təqdim edə bilmir.

Araşdırma aparılır.