Çində qeyri-adi hadisə: Qadın təcavüzdən bu üsulla xilas oldu

5 Fevral 2020 11:00 (UTC+04:00)

Cümə günü 25 yaşlı Xiao adlı şəxs Uhanın Cingizxan mahalında evə daxil olub.

Teleqraf.com xəbər verir ki, evdə tək olan qadın ona təcavüz etməyə çalışan şəxsə Uhandan yeni qayıtdığını və koronavirusa yoluxduğunu deməklə özünü xilas edib.

Yi adlı qadın təcavüzkarl inandırmaq üçün öskürməyə başlayıb. Yinin xəstəliyə yoluxmasına inan təcavüzkar qadının 440 dollarını oğurlayaraq evdən qaçıb.

Xanım Yi hadisəni polisə bildirdikdən sonra axtarışlar başlayıb. Polislər şəhərdə hər kəsin maska ilə gəzməsi səbəbindən hücum edəni tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

Xiao bazar ertəsi günü atası ilə birlikdə polis bölməsinə törətdiyi əməli etiraf edib.

Xatırladaq ki, son məlumatlara görə, Çində 20 mindən çox insanın virusa yoluxduğu bildirilir.