Ərdoğandan kritik açıqlama: Raket sistemləri göndərilir

6 Fevral 2020 12:40 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli qırıcıların 2023-cü ildə hazır olacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan son 17 ildə müdafiə sənayesində həyata keçirilən təşəbbüslər sayəsində yerli məhsulların payının 20 faizdən 70 faizədək artdığını deyib.

O, yerli texnologiyalar əsasında hazırlanan “HİSAR-A2” raket sistemi ilə bağlı açıqlamalar verib:

“Mümkün olsa, bu sistemi Suriya ilə sərhəddə yerləşdirəcəyik və bununla da müdafiədəki boşluqları aradan qaldıracağıq”.

Ərdoğan yaxın gələcəkdə yeni “Bozdoğan” raketinin istifadəyə veriləcəyini bildirib.

Yerli qırıcı istehsalına toxunan prezident deyib:

“İnşallah, 2023-cü ildə təyyarəmiz hazır olacaq”.

Prezident yerli qırıcı layihəsinin ABŞ-ın Türkiyəyə qarşı təhdidlərinə ən yaxşı cavab olacağını əlavə edib.