Tramp demokratları təhqir etdi

7 Fevral 2020 01:36 (UTC+04:00)

"Hamı bilir ki, ailəm, bizim böyük dövlətimiz və sizin prezidentiniz üçün ciddi sınaq müddətindən keçmək lazım gəldi. Həmin insanlar ABŞ sakinlərini bölmək üçün hər şeyi etdilər və bununla xalqımıza ağır zərbələr vurdular”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ötən gün Senatın impiçment prosesinə dair qərarına münasibət bildirərkən qeyd edib.

Tramp ona qarşı impiçment prosesinin “vicdansız korrupsioner insanlar” tərəfindən başladıldığını bildirib.
- deyə Tramp bildirib.

Xatırladaq ki, Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə maliyyə və hərbi yardım müqabilində keçmiş vitse-prezident Co Baydenin oğlu Hanter Baydenlə bağlı araşdırmalar aparılması üçün təzyiq göstərməsindən sonra ona qarşı impiçment prosesi başladılıb.