Bakıda həkim niyə intihar etdi? - Təfərrüat/Yeni

7 Fevral 2020 15:37 (UTC+04:00)

Bu gün Bakı şəhər Yasamal rayonunda yerləşən aptekdə 49 yaşlı müdir Sənan Həsənovun özünü asaraq intihar etməsinin ilkin səbəbi məlum olub.

Publika.az xəbər verir ki, ilkin araşdırma zamanı aptek müdirinin xeyli borcunun olduğu müəyyənləşib.

Belə ki, Hüseyn Cavid prospektində yerləşən aptekə malı nisyə götürən S.Həsənovun xeyli borcu yığılıb və həmin vəsaiti geri qaytara bilməyib. Onun bu səbəbdən intihar edə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, Sənan Həsənov bu gün rəhbərlik etdiyi və Hüseyn Cavid prospektində yerləşən aptekdə özünü asaraq intihar edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

***

14.02

Bakıda xəstəxanalardan birində həkim işləyən Sənan Həsənovun evində meyiti tapılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə bir neçə saat bundan əvvəl baş verib.

Sənan Həsənovun intihar etdiyi deyilir.