BƏƏ-dən sürpriz qərar: Qoşunlarını geri çəkdi

10 Fevral 2020 23:45 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndə döyüşən bütün hərbi birləşmələrini ölkəyə qaytarıb.

Teleqraf.com xəbər verir ki, Əbu Dabinin rəsmi Sənadakı Birgə Əməliyyatlar Komandanı general-mayor İsa Mezrui Yəməndə baş verən qarşıdurmalarda ümumilikdə 108 hərbçi itirən BƏƏ-nin bu ölkədəki bütün qoşunlarını geri çəkdiyini bildirib.

O, Yəməndən qayıdan əsgərlər üçün təşkil olunan mərasimdə çıxışı zamanı qeyd edib ki, Yəməndə olduğu müddətdə BƏƏ Quru Qoşunlarının 15 mindən çox hərbçisi müxtəlif əyalət və şəhərlərdə vuruşub.