Şok tapıntı: Yeni dinozavr növü kəşf olundu – Boyu 3 metrə yaxındır

12 Fevral 2020 09:05 (UTC+04:00)

Kanadanın Alberta ştatında “ölüm mələyi” adı verilən 11 milyon illik yeni növ dinozavr (tirannozavr) sümüyü aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kalqari Universitetinin professoru Jared Voris açıqlama verib.

O, qalıntının bu günədək məlum olmayan yeni növ tirannozavr nəslinə aid olduğunu bildirib.

Tapılan yeni növü digərlərindən ayıran xüsusiyyət, obma sümüklərindən etibarən boyunun 2.4 m olmasıdır. Yeni növün 11 milyon yaşında olduğunu deyən Voris, bunun bu günədək Kanadada tapılan tirannozavr nəslindən olan dinozavrların ən qədimi olduğunu qeyd edib.