Türk ordusuna əmr verildi: “Vurun” – Savaş başlayır

12 Fevral 2020 10:37 (UTC+04:00)

“Əsəd rejiminin İdlibə hücumlarının qarşısını almaq üçün NATO, Avropa İttifaqı və dünya birliyi dəstək verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Nazirin sözlərinə görə, Bəşər Əsəd ordusu Türkiyənin bölgədəki hərbi mövqelərinə hücum edəcəyi halda konkret cavablar veriləcək. O, bu barədə Silahlı Qüvvələrə təlimat verdiyini bildirib.

“Hansısa bir addım atılacaqsa, buna ən ağır formada cavab veriləcək. Hərbi qüvvələrimizi İdlibdən geri çəkməyəcəyimizi açıqlamışıq, orada qalacaqlar”.

Hulusi Akar Bəşər Əsəd rejiminin Rusiyanın dəstəyindən Türkiyəyə qarşı istifadə etməyə çalışdığını da bildirib.