Oksana ilə Şəhriyarın "Sevgi romanı" təqdim olundu - Foto

12 Fevral 2020 22:28 (UTC+04:00)

Nizami Kino Mərkəzində "Sevgi romanı" bədii filminin qala gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, filmin prodüseri və baş qəhrəmanı Oksana Rəsulova ekran əsəri haqqında "Filmimiz həm çox danışılacaq, həm də baxılacaq" deyə, qeyd edib.

Şəhriyar Əbilov isə baş rolunu oynadığı film haqqında bu sözləri deyib: "Bu gün filmimizə ilk reaksiyanı görəcəyik.
Əsas odur ki, cəmiyyətə faydalı mesaj verək. İnsanları göbəkdən aşağı yox beyinlə düşündürək. Buradan Azərbaycan tamaşaçısına çağırış edirik ki, filmlərə gəlin. Kinomuzu inkişaf elətdirək ki, dünyaya çıxa bilək. Bunun üçün də sizin dəstəyiniz lazımdır".

Ekran əsərində Zümrüd Bədəlova, Azər Aydəmir və bir çox aktyorlar çəkiliblər.

Qeyd edək ki, təqdimat mərasimində müğənnilər Zamiq Hüseynov, Sevda Yahyayeva, Günay İbrahimli, Nigar Camal, aktrirsa Dilarə Əliyeva və bir çox məşhurlar iştirak ediblər.

Fotolar: Pərviz Həşimi