Millimiz Almaniyaya uduzdu

13 Fevral 2020 08:36 (UTC+04:00)

Badminton üzrə kişilərdən ibarət milli komandamız bu gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Teleqraf.com xəbər verir ki, komandamız turnirin favoritlərindən sayılan Almaniya seçmə kollektivinə 0:5 hesabı ilə məğlub olub.

Yığmamız qrupda son oyununu fevralın 13-də Çex Respublikasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, millimiz ötən gün birinci oyununda İslandiya komandasına 2:3 hesabı ilə məğlub olub.