ABŞ Avropanı yenə şoka saldı - Rüsumlar artırıldı

15 Fevral 2020 08:17 (UTC+04:00)

Vaşinqton Avropadan idxal edilən təyyarələrə rüsumu 10 faizdən 15 faizə qədər artırdı.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın ticarət təmsilçisinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir: "ABŞ 18 Mart 2020 tarixindən etibarən Avropa İttifaqından (Aİ) idxal edilən təyyarələrə gömrük rüsumlarını 10 faizdən 15 faizə qaldırır."

Son dəfə bənzər addımlar 2018-ci ilin birinci yarısında Avropa İttifaqından ABŞ-a idxal edilən polad və alüminium məhsulları ilə bağlı atılıb. Həmin vaxt gömrük rüsumları müvafiq olaraq 25 və 10 faiz artırılıb.