Putin addım atdı: İdlib məsələsi müzakirədə

15 Fevral 2020 10:53 (UTC+04:00)

Rusiya Təhlükəsizlik Şurasının toplantısında İdlibdə baş verən son hadisələr və koronavirus epidemiyası müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Putinin istəyi ilə toplanan Təhlükəsizlik Şurasında baş nazir, Federasiya Məclisinin sədri, Təhlükəsizlik Şurası sədrinin müavini, müdafiə naziri, daxili işlər naziri və digər rəsmi şəxslər iştirak edib.

Kremlidən bildirilib ki, toplantıda Əsəd qüvvələrinin türk ordusuna hücumundan sonra yaranmış böhran müzakirə edilib. Həmçinin Çində başlayan və dünyaya yayılan koronavirusla bağlı dinləmələr olub. Çinə humanitar yardım və iqtisadi vəziyyətdə qiymətləndirilib.

Putin Təhlükəsizlik Şurasının üzvlərinə Ukrayna Prezidenti Zelenski ilə son telefon müzakirəsi haqqında da məlumat verib.