Türk general FETÖ-çülər haqda: “Ağcaqanadları “qırdıq”, bataqlıq isə...”

16 Fevral 2020 01:14 (UTC+04:00)

Mənə münasibətdə yanlış iddia odur ki, xidmət sırasında fətullahçıları ordudan niyə atmamağımdır. Əslində digər mövzularda da buna uyğun suallar verirlər. 2002-2006-cı illərdə “Camaaat” adlanan fətullahçılıq qanunla cinayət hesab olunmurdu. Qanuna qadağan olunmayan bir təsisatın adamını ordudan necə atmaq olar?

Teleqraf.com xəbər verir ki, bu fikirləri 2002-20006-cı illərdə Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi işləmiş general Hilmi Özkök deyib.

2006-cı ildən sonra ilk dəfə mətbuata danışan general bildirib ki, onun heç vaxt FETÖ ilə yaxından-uzaqdan əlaqəsi olmayıb.

General FETÖ-çülərlə bağlı bir bənzətmə işldib. Onun sözlərinə görə, zərərverənlər bataqlıqdakı ağcaqanad kimidir: “Bataqlıq qurudulmasa ağcaqanadlar məhv edilə bilməz. İndi bəziləri bizə niyə onları təmizləmədiniz deyə suallar verirlər. Biz bacardığımız qədər qarşımıza çıxan ağcaqanadları aradan qaldırdıq. Ancaq illərlə mövcud olan bataqlığı quruda bilmədik”.