İranda ard-arda zəlzələ

16 Fevral 2020 17:45 (UTC+04:00)

İranın cənubundakı Hormozgan əyalətinə bağlı Kəşm adasında 5,8 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla aat 16:00-da, 13 kilometr dərinlikdə qeydə alınıb.

Saat 15:54 isə 4,4 bal gücündə daha bir zəlzələnin baş verdiyi bildirilir.

Hələlik dağıntı və ya insan tələfatı olub-olmadığına dair rəsmi açıqlama verilməyib.