Heydər Əliyev prospektində qəza sıxlıq yaratdı

16 Fevral 2020 22:38 (UTC+04:00)

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O qeyd edib ki, metronun “Koroğlu” istiqamətində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.