Azərbaycan güləşçisindən daha bir medal

16 Fevral 2020 23:55 (UTC+04:00)

Azərbaycan sərbəst güləşçisi Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.

Teleqraf.com-un məlumatına görə, 125 kiloqram çəki dərəcəsində çıxış edən Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, sonra türkiyəli rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin dörddəbir finalda Polşa güləşçisinə məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün C.Məhəmmədov mübarizəni fevralın 16-da davam etdirib. Təcrübəli güləşçimiz təsəlliverici görüşdə avstriyalı idmançıdan güclü olub.

Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidzeyə qalib gəlib.