Sabunçuda ər arvadını döydü - vəziyyəti ağırdır

17 Fevral 2020 01:15 (UTC+04:00)

Bakıda döyülmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Südçülük savxozu adalanan ərazidə baş verib.

20 yaşlı, iki uşaq anası Həsənova Ləman Vəhəddin qızı həyat yoldaşı tərəfindən döyülüb.

Müxtəlif bədən xəsarətləri alan gənc ana təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin və müxtəlif dərəcəli travmalar diaqnozu qoyulub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Fakt araşdırılır.