Bakıda qadın faciəli şəkildə öldü

17 Fevral 2020 12:08 (UTC+04:00)

Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini C.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Kəmalə İbrahimovanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.