Çılpaq qadınlardan Trampın rəqibinə - Şok etiraz

17 Fevral 2020 15:23 (UTC+04:00)

ABŞ Demokratlar Partiyasının prezidentliyə namizədi Berni Sandersin Nevada ştatında keçirdiyi mitinq zamanı üç çılpaq qadın etiraz edib.

Teleqraf.com xəbər verir ki, süd istehsal edən fermerləri dəstəkləyən Sandersə etiraz etmək istəyən üç qadın səhnədə soyunaraq protest ediblər.

Sanders səhnəyə çıxarkən bir qadın səhnəyə qalxıb və mikrofona tərəf irəliləyib. Sandersin müdaxiləsinə rəğmən kürsüdəki mikrofon vasitəsilə şüar səsləndirməyə başlayıb. Polislər qadını aşağı düşürməyə çalışsa da, daha iki qadın qəfil səhnəyə çıxıb.

Çılpaq qadın “Berni, sənin ən böyük dəstəkçinəm, amma süd istehsalçılarına dəstəyinizi dayandırmanızı istəyirəm. Heyvanlar vasitəsilə pul qazanmağa son qoyun” deyib.

Qələmlə “Süd məhsulları ölsün” yazan qadınlar səhnədən düşürüblər. Bu gərginlikdən sonra kürsüyə çıxan Sanders tərəfdarlarını güldürüb:

“Bura Nevadadır, heç pul xərcləmədən da həyəcan yaşanır. Ancaq bura bir az islanıb”.