Gürcüstanda etiraz aksiyası keçirilir – Vəziyyət yenidən gərginləşdi

18 Fevral 2020 12:25 (UTC+04:00)

Müxalifət partiyalarının üzvləri və vətəndaş cəmiyyyəti fəalları İrakli Şotadzenin ölkənin baş prokuroru təyin edilməsinə etiraz olaraq Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyası keçirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.

Kanalın verdiyi məlumata görə, etiraz aksiyası sakit keçir və asayişin təmin olunmasına az sayda polis əməkdaşı cəlb olunub.

Nümayişçilər əllərində plakatlar tutaraq, müxtəlif şüarlar səsləndirirlər, amma parlament binasına keçidi əngəlləmirlər.