İrəvan çalxalanır: İki general istefa verdi – Qərargah rəisindən kritik açıqlama

18 Fevral 2020 17:25 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan hərbçilərin ölüm hallarının artması səbəbindən istefa vermək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, Ermənistan parlamentindəki qapalı toplantıdan sonra Artak Davtyan bu barədə jurnalistlərə məlumat verib.

Davtyan orduda kadr dəyişikliklərinin olacağını təsdiqləyib, ancaq hansı şəxslərin tutduğu postlardan uzaqlaşdırılacağını bildirməyib.

Qeyd edək ki, Ermənistan Baş Naziri Nikol Paşinyan fevralın 18-də Silahlı Qüvvələrdə kadr islahatları olacağını elan edib.

Mediada yayılan məlumatlara görə, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin “müdafiə naziri” Karen Abramyan və Ermənistan Hərbi Polis İdarəsinin rəisi, general Artur Bağdasaryan istefa ərizəsini hökumətə verib.

İstefalara səbəb, son iki ay ərzində Ermənistan ordusunun 13 hərbçisinin qeyri-döyüş şəraitində ölməsidir.