Koronavirus OPEK-i vurdu - Toplantı təxirə salındı

19 Fevral 2020 12:06 (UTC+04:00)

Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) koronavirus epidemiyasından sonra hasilatın azaldılmasını nəzərdən keçirmək üçün planlaşdırdığı iclası təxirə salıb.

Teleqraf.com-un xəbərinə görə, Rusiya Enerji Nazirliyinin rəsmisi bildirib ki, koronavirus səbəbindən neftə təlabatın azalmasından sonra OPEK-in fevral ayı üçün planlaşdırılan toplantısı gündəmdən çıxarılıb.

OPEK-in növbəti toplantısı nəzərdə tutulduğu kimi martın 6-da keçiriləcək.

Qeyd edək ki, neft ixrac edən ölkələr yanvarın 1-dən bu yana gündəlik 1,7 milyon barel məhdudiyyəti tətbiq edir.