Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərildi

20 Fevral 2020 13:41 (UTC+04:00)

Azərbaycan Respublikası Ali Məhkəməsinin təqaüdə göndərilən hakimlərinin sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun növbəti iclasında sədr Ramiz Rzayev məlumat verib.

Onun sözlərinə görə, Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.//Report.az