Ərdoğanın atası danışdı: “Həyat yoldaşım da razılaşdı ki...” - Açıqlama

20 Fevral 2020 17:40 (UTC+04:00)

“Fevralın 16-da oğlum Ərdoğan dünyaya gəldi. Dünən oğlumu xəstəxanadan evə gətirdik”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Kamal Şamxalov deyib.

Onun sözlərinə görə, oğlu dünyaya gəlməzdən əvvəl adını Ərdoğan qoymağı qərara alıb: “Babam türk olub. Evdə Azərbaycan və türk bayraqlarını asmışıq. Atam milli qəhrəman, xalamın yoldaşı isə şəhiddir. Ərdoğanı sevirəm. Onun bütün çıxışlarını, görüntülərini izləyirəm”.

Kamal Şamxalov bildirib ki, ailəsində bu istəyinə qarşı çıxan olnmayıb: “Həyat yoldaşım oğlumuzun adını Mehrac, Ramal, yaxud Ömər qoymaq istəyirdi. Daha sonra mənim fikrimlə razılaşdı. Qızımın adı Cəmildir. İstədim ki, oğlumun adı fərqli olsun. Həm də Ərdoğana olan rəğbətimdən dolayı oğluma bu adı qoydum”.