Yeni gəlişmə: Paşinyan danışıqların üzərindən xətt çəkdi – Gərginlik pik həddə

21 Fevral 2020 10:20 (UTC+04:00)

“Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə işğal edilmiş Azərbaycan ərazilərini qaytarmaq niyyətində olmadığını bəyan etdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert erməni baş nazirin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son açıqlamasına diqqət çəkib:

“Bir neçə saat əvvəl Paşinyan Ermənistanın ictimai televiziyasına müsahibəsində faktiki olaraq, heç bir işğal edilmiş ərazinin qaytarılmayacağını bildirdi. Eyni zamanda o , Münhendəki debata toxunaraq, Azərbaycan kimi Qarabağın da SSRİ- dən müstəqillik əldə etdiyini bildirdi. Bu adam özünü təlxəkliyə qoyub. Bu xalq adekvat deyil, bunların hamısının diaqnozu eynidir.

Bu arada, bizim bir sıra tanınmış ekspertlərin ərazilərlə bağlı nikbin proqnozları alt -üst oldu. Məncə Qarabağla bağlı heç bir proqnoza ehtiyac yoxdur, hər şey bəllidir”.

Zaur Məmmədov ATƏT-in Minsk Qrupunun Paşinyanın mövqeyinə cavab verməli olduğunu bildirib:

“İndi həmsədr dövlətlər buyurub, bu çıxışa reaksiya versinlər. Nikol Ermənistanın öhdəsinə götürdüyü ətraf ərazilərin qaytarılmasından imtina edirsə, bu, Madrid prinsiplərinin və ümumillikdə münaqişənin mərhələli həll variantının üstündən xətt çəkilməsi deməkdir”.