Azərbaycanda daha bir yüksək vəzifəli şəxs tutuldu

21 Fevral 2020 11:40 (UTC+04:00)

Xəbər verildiyi kimi ötən gün səhər saatlarından başlayaraq Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat aparılıb.

Əməliyyat nəticəsində artıq bir neçə nəfərin tutulduğu bildirilir.

Teleqraf.com unikal.org-a istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.

Xəstəxanadan məlumatı təsdiqləyiblər.