Bu məntəqənin də nəticələri etibarsız sayıldı - MSK

22 Fevral 2020 17:57 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizəd Anar İsayevin səlahiyyətli nümayəndəsi Taleh Əliyevin müraciətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Araşdırma zamanı dairə üzrə yalnız bir seçki məntəqəsində pozuntu aşkar edilib”.

İclasda həmin dairənin 1 seçki (9 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.