Kosmasa səyahət: Biletlərin qiyməti açıqlandı

26 Fevral 2020 14:07 (UTC+04:00)

Kosmik səyahət üçün min dollar qarşılığında 8 min ədəd bilet sifariş verilib. Qiyməti 250 min dollardır.

Teleqraf.com xəbər verir ki, bu barədə Kosmosa turizm turu təşkil edəcək Virgin Galactic şirkəti açıqlama yayıb.

Şirkət qeyd edib ki, təkrar bilet satışına start veriləcək. Əlavə olunub ki, kosmosa səyahətin müddəti 2 saatdır.

Şirkətin nümayəndəsi Stepan Attenborouq bildirib ki, kosmasa səyahət tələbi getdikcə artır:

“Kosmos gəmisi uçuş hazırlıqlar davam edir, lazımi ləvazimatlar yeni Mexikodakı bazaya aparılıb”.