Əsədin nəzarətindəki 3 kənd ələ keçirildi - İdlibdə şiddətli döyüş başladı

26 Fevral 2020 22:12 (UTC+04:00)

Suriya Prezidenti Bəşər Əsəd qüvvələrinin nəzarətinə keçən Serakibin 3 kəndi Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi müxaliflər tərəfindən geri alınıb.

Teleqraf.com xəbər verir ki, İdlibin strateji nöqtələrin sayılan Serakiba 3 km qədər irəliləyən TSQ-nin dəstəklədiyi dirəniş qruplarının əməliyyatı davam edir.

Gariz, Salihiya kəndləri ilə yanaşı Afes qəsəbəsi də rejim və dəstəkçilərindən təmizlənib. Salihiyada rejimdən 1 tank və 1 ədəd BMB tipli nəqliyyat vasitəsi ələ keçirilib. Müxalifətin son açıqlamasında bildirilir ki, hədəfdə Cebeli Zaviyə dayanır.