Azərbaycanla sərhəddə 2 nəfər karantinə alındı

27 Fevral 2020 00:59 (UTC+04:00)

Azərbaycandan keçərək Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən Gürcüstana gedən daha 2 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, yüksək temperaturu olan hər iki şəxs Gürcüstan vətəndaşıdır. Onlar Tbilisidə xəstəxanaya yerləşdiriliblər. Hazırda onlardan analizlər götürülüb, həkim nəzarətindədirlər.

Qeyd edək ki, fevralın 25-də İrandan Azərbaycan vasitəsilə Gürcüstana keçən 50 yaşlı kişidə koronavirus aşkar edilib.