Castin Biberin həyat yoldaşı cazibədarlığı ilə göz oxşadı - Foto

27 Fevral 2020 23:53 (UTC+04:00)

Amerikalı məşhur model Heyli Boldin Paris Moda Həftəsinə qatılıb.

Teleqraf.com xəbər verir ki, model gecədə bənövşəyi rəngli yarıqlı əlbisədə bütün diqqətləri üzərinə toplayıb.

23 yaşlı model moda nümayişini izlədikdən sonra təşkil edilən partiyə də qatılıb.

Qeyd edək ki, Heyli Boldin müğənni Castin Biberlə evlidir.