Bərdədə qadınlara qarşı cinayət - Biri öldü, digəri yaralandı

28 Fevral 2020 08:25 (UTC+04:00)

Bərdə rayonunda qətl törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə bir neçə balta zərbəsi ilə qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

Rayon polis əməkdaşları şübhəli şəxs qismində qadının həyat yoldaşı Vahid İbadovu və kürəkənini polis şöbəsinə aparıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Bərdə qadına qarşı digər cinayət şəhərin Füzuli küçəsində qeydə alınıb.

Rayon sakini, 39 yaşlı Vüqar Zeynalov həyat yoldaşı, 37 yaşlı Aytən Zeynalovanı bıçaqlayıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadına dörd bıçaq vurulduğu məlum olub. Hazırda vəziyyəti orta - ağırdır.

Hadisəni törədən V. Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.