Danimarkadan İŞİD-ə qarşı 16 təyyarə

26 Sentyabr 2014 16:47 (UTC+04:00)

Danimarka “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı ABŞ-ın apardığı hava hücumlarına 7 ədəd F-16 təyyarəsi ilə dəstək verəcək.

Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, bu barədə Danimarka baş naziri Helle Torninq-Şmitt açıqlama verib.

Onun sözlərinə görə, təyyarələrdən 4-ü operativ, digərləri isə ehtiyat olaraq göndəriləcək. O, həmçinin Danimarkanın hava əməliyyatları üçün 250 əsgər göndərəcəyini qeyd edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.