Yasa başında tac gedən Elza özündən çıxdı: "Orasını-burasını kəsdirənlər..."

18 Mart 2020 12:10 (UTC+04:00)

Xalq artisti Rafael Dadaşovun dəfn mərasimində taclagörüntülənən əməkdar artist Elza Seyidcahan özündən çıxıb.

Teleqraf.com xəbər verir ki,o, İnstaqramda bu sözləri yazıb: "Tacım başımda, çomağım əlimdə... Mən çəkilişə getmişdim. Çəklişə getməsəm də... Elza hara necə geyinəcəyini çox yaxşı bilir.

Oralarını-buralarını böyüdənlər, kəsdirənlər, çılpaqıqlarını nümayiş etdirənlər öz dərdlərini çəksinlər. Əvvəla, yas mərasimlərinə başda tac getmək olar. Onu deyənlər kübar deyillər axı. Kübarlıqdan, Avropa mədəniyyətindən, zadəganlıqdan xəbəri olmayanlar onu deyə bilərlər.

Lap elə Avropa mədəniyyəti olmasın, tarixdə xanlarımız, mollarımız par-par yanan daş-qaş içində bərq vurublar. Yəni yasda da...

Çəkilişə gedirdim və tacın qaşları qırmızı olsaydı çıxarardım. Qara qaşlı olduğu üçün düşündüm ki, çıxarmağa ehtiyac yoxdur.

Elza Seyidcahanın bu sənətə gətirdiyi obrazları, stilləri, tərzləri, imicləri Ledi Qaqalar təkrarlayır və milyonlar qazanırlar. Elzanın bu günə qədər hansı addımı yazılmayıb ki. Qoy yazsınlar. Sənətim, şeirlərim bir yana. Bilin və agah olun ki, siz yenə səhvsiniz! Elza Seyidcahan həmişəki kimi düzdür".