Avropa çempionatının vaxtı dəyişdi

21 Mart 2020 13:30 (UTC+04:00)

Cari ilin 18-29 may tarixlərində Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilməsi nəzərdə tutulan şahmat üzrə Avropa çempionatının vaxtına dəyişiklik edilib.

Xəbər Avropa Şahmat İttifaqının Mətbuat Xidməti tərəfindən dərc edilib.

Qurumdan verilən açıqlamaya əsasən, koronavirus pandemiyası səbəbindən şahmat üzrə Avropa çempionatı 2020-ci ilin 8-21 dekabr tarixlərində keçiriləcək./oxu.az/